Elmar Məmmədyarovla Britaniyanın Amerika və Avropa məsələləri üzrə naziri Kristofer Pinçer arasında telefon danışığı olub

Elmar Məmmədyarovla Britaniyanın Amerika və Avropa məsələləri üzrə naziri Kristofer Pinçer arasında telefon danışığı olub
# 20 dekabr 2019 23:17 (UTC +04:00)

Böyük Britaniyanın Amerika və Avropa məsələləri üzrə naziri, parlamentin üzvü Kristofer Pinçer və Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, Kristofer Pinçer bu barədə "Twitter" səhifəsində bildirib.

"Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla ticarət və enerji təhlükəsizliyi ilə bağlı əla söhbətimiz oldu. 2020-ci ildə Azərbaycana səfər edəcəyimə ümid edirəm", - deyə britaniyalı nazir bildirib.

Qeyd edək ki, bu, Britaniyada keçirilən ümumi seçkilərdən sonra yenidən eyni posta təyin olunan nazir Pinçerin digər bir XİN başçısı ilə ilk telefon müzakirəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR