Gürcüstan XİN başçısı Azərbaycanı təbrik edib

Gürcüstan XİN başçısı Azərbaycanı təbrik edib
# 28 may 2020 12:39 (UTC +04:00)

Gürcüstan Xarici işlər naziri David Zalkaliani Azərbaycanı Respublika Günü münasibəti ilə təbrik edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə nazir özünün Twitter hesabında paylaşım edib.

"Respublika Günü münasibəti ilə Azərbaycana ən xoş təbriklərimi çatdırıram. Qonşu və strateji tərəfdaş ölkəmizə, azərbaycanlı dostlarımıza uğurlar və rifah arzulayıram", - deyə nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR