İran Prezidenti: “Rəşt-Astara dəmir yolu xəttinin inşasının sürətləndirilməsi zəruridir”

İran Prezidenti: “Rəşt-Astara dəmir yolu xəttinin inşasının sürətləndirilməsi zəruridir”
# 09 dekabr 2020 15:38 (UTC +04:00)

“Rəşt-Astara dəmir yolu xəttinin inşasının sürətləndirilməsi zəruridir.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə İran Prezidenti Həsən Ruhani Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündə bildirib.

İran Prezidentinin sözlərinə görə, Azərbaycanla müştərək layihələrin icrası baxımından, o cümlədən Xudafərin bəndi və elektrik stansiyasının tikintisi üçün uyğun şərait mövcuddur.

İki ölkə sənaye, elm, əczaçılıq və digər sahələrdə əməkdaşlıqları daha da inkişaf etdirə bilər”, - deyə H. Ruhani vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR