Macarıstanlı nazir: “Hər zaman demişik ki, Azərbaycanın suverenliyi bərpa olunmalıdır”

Macarıstanlı nazir: “Hər zaman demişik ki, Azərbaycanın suverenliyi bərpa olunmalıdır”
  • Clock-gray 13:09
  • calendar-gray 10 Mart 2021

“Cənab Prezident, bildiyiniz kimi, bizim mövqeyimiz hər zaman ondan ibarət olub ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi bərpa olunmalıdır”.

APA xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdə deyib.

Nazir bildirib ki, son bir neçə onillik ərzində Azərbaycanın bu hüququ pozulmuşdu və biz bununla bağlı mövqeyini gizlətməyən ölkələrdən olmuşu: “Biz bu məsələ ilə bağlı mövqeyimizi aydın ifadə etməkdə davam edəcəyik. Cənab Prezident, əmin ola bilərsiniz ki, biz bu baxımdan hər zaman balanslı yanaşma nümayiş etdirəcək, həqiqəti söyləyəcək və mövqeyimizi açıq ifadə edəcəyik”.

 

apa-logo-mini

Digər xəbərlər