Prezident İlham Əliyev Omanın yeni Sultanını təbrik edib

Prezident İlham Əliyev Omanın yeni Sultanını təbrik edib
# 15 yanvar 2020 14:57 (UTC +04:00)

Prezident İlham Əliyev Omanın Sultanı Əlahəzrət Heytəm bin Tariq Al Səidi təbrik edib.

APA-nın xəbərinə görə, təbrikdə deyilir:

"Əlahəzrət,

Omanın yeni Sultanı elan olunmağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə Oman Sultanlığını ənənəvi dostluq münasibətləri birləşdirir. İnanıram ki, möhkəm təməl üzərində qurulmuş əlaqələrimiz bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Oman xalqının rifahı naminə qarşıdakı ali fəaliyyətinizdə uğurlar diləyirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR