Türkiyə Prezidenti: “Türk Şurasının fövqəladə Zirvə görüşü koronavirusla mübarizədə aramızdakı həmrəyliyi gücləndirəcək”

Türkiyə Prezidenti: “Türk Şurasının fövqəladə Zirvə görüşü koronavirusla mübarizədə aramızdakı həmrəyliyi gücləndirəcək”
# 10 aprel 2020 13:22 (UTC +04:00)

“Bu gün gözə görünməz düşmənə qarşı çətin savaş aparırıq”.

APA-nın məlumatına görə, bunu Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R. T. Ərdoğan bildirib ki, pandemiyanın təsiri nəticəsində qlobal miqyasda sosial-iqtisadi böhranla üz-üzəyik.

O qeyd edib ki, Türk Şurasının fövqəladə Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizədə aramızdakı həmrəyliyi gücləndirəcək: “Allahın izni ilə Türk Dünyası olaraq bu sıxıntılı durumdan da güclənərək çıxacağımıza bütün qəlbimlə inanıram. Pandemiya ilə əlaqədar həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına başsağlığı, xəstələrimizə tezliklə şəfa diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR