Yankauskas: “Təhlükəsizlik məsələləri üzrə dialoq ən azı ildə bir dəfə keçirilməlidir”

Yankauskas: “Təhlükəsizlik məsələləri üzrə dialoq ən azı ildə bir dəfə keçirilməlidir”
# 23 dekabr 2019 13:20 (UTC +04:00)

Azərbaycan və Avropa İttifaqı (Aİ) Bakıda keçirilən təhlükəsizlik məsələləri üzrə dialoqdan razı qalıb.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

Təhlükəsizlik məsələləri üzrə dialoqun ilk raundunun 2018-ci ilin oktyabrında Bakıda keçirildiyini xatırladan K. Yankauskas qeyd edib ki, görüş yüksək səviyyədə keçirilib və bu dialoqda geniş nümayəndə heyəti iştirak edib.

Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri qeyd edib ki, bu görüşdə 14 müxtəlif agentlik və institutlardan 30 ekspert iştirak edib: “Görüşün məqsədi tərəflər arasında beynəlxalq, regional vəziyyət və problemlər ətrafında qarşılıqlı fikir mübadiləsi aparmaq və əməkdaşlığı müzakirə etmək idi”.

K. Yankauskas təhlükəsizlik məsələləri üzrə dialoqun davamlı olmasının vacibliyini vurğulayıb və əlavə edib ki, bu dialoq ən azı ildə bir dəfə Brüsseldə və ya Bakıda keçirilməlidir.

O həmçinin bildirib ki, Aİ-nin Cənub, Şərq və Qərbi Balkanlardakı qonşuları ilə bağlı öz siyasi xətti var və "Şərq Tərəfdaşlığı"ı da bunlardan biridir.

"Şərq Tərəfdaşlığı" təşəbüssü Aİ bu regiondakı ölkələrə diqqət ayırmasına və əməkdaşlığı daha da dərinləşdirməsinə təkan verib", - deyə K. Yankauskas qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR