Antalyada İƏT-in Nazirlər Şurasının 24-cü iclasına hazırlıq mərhələsinə başlanılıb

Antalyada İƏT-in Nazirlər Şurasının 24-cü iclasına hazırlıq mərhələsinə başlanılıb
  • Clock-gray 00:48
  • calendar-gray 09 Noyabr 2019

Türkiyənin Antalya şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin Nazirlər Şurasının 24-cü iclasına hazırlıq məqsədilə ekspertlərin toplantısı keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, noyabrın 9-da Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov başda olmaqla ölkəmizin geniştərkibli heyətinin iştirak edəcəyi İqtisadi Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının 24-cü iclası keçiriləcək.

Qeyd edək ki, katibliyi Tehran şəhərində yerləşən İƏT 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə təsis olunub.  Azərbaycan 1992-ci ildən İƏT-in üzvüdür və təşkilatda ən fəal ölkələrdəndir.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər

Arxiv

date