Bakıda İndoneziyanın müstəqillik günü münasibətilə tədbir keçirilib

Bakıda İndoneziyanın müstəqillik günü münasibətilə tədbir keçirilib
# 09 sentyabr 2019 19:57 (UTC +04:00)

Bakıda İndoneziya Respublikasının müstəqilliyinin 74-cü ildönümü qeyd olunub.

APA-nın xəbərinə görə, müstəqillik günü münasibətilə tədbirdə çıxış edən İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan bəy Fənani bildirib ki, son 20 il ərzində ümumdaxili məhsulun artımı bu ölkəni dünya iqtisadiyyatının elitaları arasında yerəşdirib.

ASEAN-ın iqtisadiyyatının 40 faizi bu ölkəyə məxsusdur. Səfir deyib ki, ölkə perspektivli bazara çevrilib. Ölkənin əsas priorietinin bölgədə və dünyada sülh və dostluğun olduğunu bildirən səfir İndoneziyanın bu istiqamətdə səy göstərdiyini deyib. Azərbaycan və İndoneziya arasında diplomatik əlaqələrin bu il 27-ci ilinin tamam olmasına diqqət çəkən indoneziyalı səfir iki ölkə arasında əlaqələrin ilbəil gücləndiyini vurğulayıb. O bildirib ki, qarşılıqlı səfərlər iqtisadi, mədəni və xalqlararsı münasibətləri daha da gücləndirir.

Səfir iki ölkənin parlamentləri arasında yaxın əlaqələri xüsusilə vurğulayıb. Sentyabrın 13-də başlayacaq İndoneziya mədəniyyət festivalına toxunan H.Fənani bunun iki ölkə arasında mədəniyyət və xalqlararası münasibətlərin daha da inkişafı üçün nümunə adlandırıb.

"Azərbaycan daima dini tolerantlıq, qarşılıqlı hörmət, dinlərarası dialoq, multikultural həyat tərzi ilə İndoneziyanı valeh edir", - deyə indoneziyalı səfir vurğulayıb. Daha sonra
Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov çıxış edib. Nazir son 27 il ərzində iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini qeyd edib. O, iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsi üçün güclü potensialın mövcud olduğunu və Azərbaycanın bu potensialdan isifadə etmək istədiyini deyib. İ.Kərimov əlavə edib ki, Azərbaycanla İndoneziya arasında 10-dan çox beynəlxalq müqavilə imzalanıb bu günədək və hazırda tərəflər arasında 20-dən çox sənəd müzakirə olunur. O deyib ki, yaxın gələcəkdə imzalanacaq bu sənədlər Azərbaycan və İndoneziya arasında əlaqələri daha da möhkəmləndirəcək.

İki ölkənin turizm potensialının güclü olduğunu qeyd edən nazir bu sahədə əməkdaşlığın zəruriliyinə diqqət çəkib.

"Ticarət dövriyyəsində artım var, amma bu göstəricilər daha da yüksək ola bilər", - nazir İ.Kərimov belə deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR