Diplomatik missiyası başa çatan İsrail səfiri Azərbaycanı tərk edib

Diplomatik missiyası başa çatan İsrail səfiri Azərbaycanı tərk edib
# 21 noyabr 2019 10:40 (UTC +04:00)

Azərbaycanda diplomatik missiyası başa çatan İsrail səfiri Dan Stav ölkəni tərk edib.

APA-nın xəbərinə görə, bu barədə İsrailin Azərbaycandakı səfirliyinin rəsmi "Facebook" səhifəsində məlumat verilib.

“Bu gün biz səfir Dan Stav və onun həyat yoldaşı Gili ilə vidalaşırıq. Azərbaycanda olan müddətdə İsrail və Azərbaycan arasında münasibətlərin daha da inkişaf etməsi üçün etdiyiniz hər şeyə görə təşəkkür edirik!”, - deyə qeyd olunub.

Xatırladaq ki, İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Corc Dik bu gün ölkəyə gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR