Gürcüstan parlamenti sədrinin Azərbaycana səfəri gözlənilir

Gürcüstan parlamenti sədrinin Azərbaycana səfəri gözlənilir
# 10 sentyabr 2019 10:36 (UTC +04:00)

“Azərbaycanla strateji əməkdaşlıq bizim üçün çox vacibdir. Mən bu əməkdaşlığın yüksək səviyyədə qorunub saxlanılması üçün əlimdən gələni edəcəyəm”.

Bunu Gürcüstan parlamentinin sədri Arçil Talakvadze APA-nın yerli bürosuna müsahibəsində deyib.

O bildirib ki, ölkələr arasında əlaqələrin gücləndirilməsi məqsədi ilə Azərbaycana rəsmi səfər planlaşdırılır.

“Hazırda Gürcüstan parlamentinin gündəliyi çox məşğuldur. Biz seçki qanunvericiliyi sahəsində islahatlar həyata keçiririk və konstitusiyaya düzəliş edirik. Bu bütün ölkə ərazisində ictimai müzakirələrin keçirilməsini tələb edir. Bu səbəbdən qarşıdan gələn ay ərzində ölkə ərazisini tərk edə bilməyəcəyəm. Amma mənim ilk səfərim bizim əsas tərəfdaşımız olan ABŞ-a olub. Əlbəttə mən qonşu ölkələrə, o cümlədən Azərbaycana səfər planlaşdırıram. Azərbaycana səfərin dəqiq tarixi müəyyən edilməyib, amma əminliklə deyə bilərəm ki, səfər olacaq. Regional əməkdaşlıq Gürcüstan üçün çox vacibdir və biz bu regionun bir hissəsiyik. Qonşu ölkələrlə strateji əməkdaşlığın yüksək səviyyədə qorunub saxlanılması üçün əlimdən gələni edəcəyəm”, - deyə Arçil Talakvadze vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR