Ərdoğan: “Azərbaycan-Türkiyə ikitərəfli münasibətləri hər sahədə güclənəcək”

Ərdoğan: “Azərbaycan-Türkiyə ikitərəfli münasibətləri hər sahədə güclənəcək”
# 25 fevral 2020 10:52 (UTC +04:00)

“Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığımız gündən–günə inkişaf edir.

APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana səfərindən əvvəl keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan və Türkiyə arasında ikitərəfli münasibətləri hər sahədə güclənəcək.

Türkiyə Prezidenti qeyd edib ki, Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi 11 milyard ABŞ dolları təşkil edir: “Bu il sonunda Azərbaycanın Türkiyəyə yatırdığı investisiyanın 20 milyard dollara yaxınlaşacağını proqnozlaşdırırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR