Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

Ərdoğan Prezident İlham Əliyevi təbrik edib
# 24 dekabr 2020 13:50 (UTC +04:00)

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

APA-nın məlumatına görə, Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ölkəmizin inkişafı və xalqımızın rifahı naminə fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev Türkiyə Prezidentinə göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR