Misirdə karantinə saxlanılan gəmidə daha 33 nəfərdə koronavirus aşkar olunub

Misirdə karantinə saxlanılan gəmidə daha 33 nəfərdə koronavirus aşkar olunub
# 08 mart 2020 08:23 (UTC +04:00)

Misirdə Nil çayında üzən səyahət gəmisinin 33 sərnişinində koronavirus aşkar edilib.

APA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Misirin Səhiyyə naziri Hala Zayed məlumat verib.

Nazir qeyd edib ki, Asuandan Luksora səyahət edən turistlər arasında virusu Tayvan əsilli ABŞ vətəndaşı yayıb. Onun sözlərinə görə, qalan 11 sərnişinin koronavirus analizləri mənfi çıxıb.

O əlavə edib ki, COVID-19 virusunun qarşısının alınması məqsədilə xaricdən 2500 avadanlıq gətirilib və onlar aeroportlara təqdim olunacaq. H.Zayed koronavirusa yoluxan turistlərin karantin altında olduğunu, gəminin isə dezinfeksiya edildiyini bildirib.

Bundan əvvəl isə gəminin göyərtəsində 12 nəfərin koronavirusa yoluxduğu qeyd olunmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR