Gürcüstanda yerli özünüidarəetmə seçkilərinin ikinci raundu keçirilir

Gürcüstanda yerli özünüidarəetmə seçkilərinin ikinci raundu keçirilir
# 30 oktyabr 2021 08:00 (UTC +04:00)

Gürcüstanda yerli özünüidarəetmə seçkilərinin ikinci raundu keçirilir.

APA-nın yerli bürosu xəbər verir ki, ikinci raundun nəticələri əsasında 5 böyük şəhərin (Tbilisi, Rustavi, Batumi, Kutaisi, Poti) və 15 bələdiyyənin meri, həmçinin 24 seçki dairəsi üzrə şəhər şuralarına (sakrebulo) 42 majoritar deputat müəyyənləşdiriləcək.

Seçkilərin ikinci raundunda mübarizə əsasən sabiq Prezident Mixeil Saakaşvilinin dəstəklədiyi müxalif “Vahid Milli Hərəkat” partiyası ilə hakim “Gürcü Arzusu” partiyası arasında gedir.

Qaydalara əsasən, 50%-lik seçki baryerini keçən namizədlər qalib elan olunacaqlar. Seçkilərin ikinci raundunda ümumilikdə 2 milyon 88 min 722 nəfər Gürcüstan vətəndaşının səsvermə hüququ olduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR