“Əl-Qaidə” Əlcəzairdə törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

“Əl-Qaidə” Əlcəzairdə törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb
# 22 avqust 2008 07:58 (UTC +04:00)
Əlcəzair-APA. Əlcəzairdə törədilən terror aktına görə məsuliyyəti “Əl-Qaidə”nin Şimali Afrika qanadı öz üzərinə götürüb. APA-nın “Reuters”ə istinadən yaydığı məlumata görə, bu bəyanatla “İslam Məğribində Əl-Qaidə” terror təşkilatının nümayəndəsi Salah Əbu Məhəmməd çıxış edib. Qeyd edək ki, avqustun 20-də Buyra və İsser şəhərlərində törədilən terror aktlarında ən az 55 nəfər ölüb, yüzdən artıq şəxs yaralanıb. Terror aktını törədən təşkilat öz əməlini Qərbpərəst hakimiyyət orqanlarından qisas almaq istəyi ilə əlaqələndirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR