Cənubi Afrika Respublikasının qızıl mədənində 3,200 şaxtaçı yer altında qalıb

Cənubi Afrika Respublikasının qızıl mədənində 3,200 şaxtaçı yer altında qalıb
# 04 oktyabr 2007 08:39 (UTC +04:00)
Cənubi Afrika Respublikasının qızıl mədənlərindən birində baş verən qəza nəticəsində 3,200 şaxtaçı yer altında qalıb. APA-nın məlumatına görə, dünyanın ən iri beşinci qızıl hasil edən şirkəti Harmony Gold qəzanın şaxtaçıları yeraltı mədənlərdən çıxaran liftin qırılması nəticəsində baş verdiyini deyib. Hələlik xilasedicilər 75 şaxtaçını mədəndən çıxarmağa müvəffəq olublar. Şirkət təmsilçiləri yaxın 10 saat ərzində bütün şaxtaçıların yer altından çıxarılacağını bildiriblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR