İnterpolun prezidenti korrupsiyada ittiham olunur

İnterpolun prezidenti korrupsiyada ittiham olunur
# 12 yanvar 2008 08:29 (UTC +04:00)
APA-nın “BBC News”a istinadən verdiyi məlumata görə, bu barədə qərar C. Selebinin işi üzrə ilkin dinləmənin keçirildiyi CAR-ın paytaxtı Pretoriyanın şəhər məhkəməsində qəbul edilib. Hələlik məhkəmə iclasının vaxtı müəyyənləşdirilməyib. CAR polisinin rəhbəri (daxili işlər naziri) bir sıra ağır cinayətlərdə, o cümlədən sifarişli qətldə ittiham olunan yerli iş adamından 170 min dollara yaxın rüşvət almaqda suçlanır. Ancaq C. Selebi bu ittihamı rədd edir. CAR mətbuatı isə C. Selebinin ölkənin iki hüquq-mühafizə orqanı polis təşkilatı ilə “Skorpion” antikorrupsiya strukturu arasındakı mübarizənin qurbanı ola biləcəyini yazıb. Çünki polis rəisinə qarşı irəli sürülən ittihamlara dair dəlil-sübutların hamısını “Skorpion” aşkara çıxarıb. Maraqlıdır ki, “Skorpion”un C. Selebinin işini araşdıran əməkdaşı özü korrupsiyada ittiham olunaraq vəzifədən müvəqqəti uzaqlaşdırılıb. Bu şəxsin əməllərinə dair sübutları isə polis təşkilatı aşkarlayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR