İnterpolun prezidenti istefa verib

İnterpolun prezidenti istefa verib
# 14 yanvar 2008 08:41 (UTC +04:00)
İnterpolun rəsmi açıqlamasında bildirilir ki, 2004-cü ildən bu qurumda çalışan C. Selebiyə qarşı ittihamlar onun CAR-ın polis direktoru vəzifəsindəki fəaliyyəti ilə bağlıdır və İnterpola heç bir aidiyyəti yoxdur.
Qeyd edək ki, C. Selebinin iş ortağı Qlenn Aqliotti iş adamı Bret Kebblin ölümündə ittiham olunduqdan sonra xüsusi xidmət orqanı “Skorpion” polis direktorunun fəaliyyətini də araşdırmağa başlayıb. Təhqiqat zamanı müəyyən olunub ki, C. Selebi narkoticarətlə bağlılığı olan Q. Aqliotti ilə tez-tez qolf oynayırmış. C. Selebinin yaxın vaxtlarda məhkəmə önünə çıxarılacağı gözlənilir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR