Konqoda yük maşınının çaya aşması nəticəsində azı 50 nəfər ölüb

Konqoda yük maşınının çaya aşması nəticəsində azı 50 nəfər ölüb
# 19 oktyabr 2021 22:12 (UTC +04:00)

Konqo Demokratik Respublikasında yük maşını idarəetməni itirərək Kalume-Ngqnqo çayına aşıb.

APA yerli “Actualite” nəşrinə istinadən xəbər verir ki, Yuxarı Katanqa əyalətində baş verən hadisə nəticəsində azı 50 nəfər ölüb.

Əyalət rəsmisi Josef Kayumbanın sözlərinə görə, yalnız iki nəfəri xilas etmək mümkün olub: “Dalğıclar hadisə yerində axtarış-xilasetmə işlərini davam etdirir, ölənlərin sayının artacağı istinsna edilmir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR