Qayanada neft tankeri partlayıb, 3 nəfər ölüb

Qayanada neft tankeri partlayıb, 3 nəfər ölüb
# 28 iyun 2021 08:20 (UTC +04:00)

Qayananın Demerara çayı yaxınlığında tankerin yanacaq çənində partlayış baş verib.

APA EFE agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 3 nəfər ölüb.

Bildirilib ki, tanker təmir üçün tərsanəyə yan alıb. Yanacaq çənləri boşaldılarkən partlayış olub.

İlkin məlumata görə, hadisəyə təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəb olub.

Partlayış zamanı xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR