ABŞ alimləri: “Dünyada koronavirusdan real ölüm nisbəti iki qat yüksək ola bilər” 

#
# 08:22
7 may 2021

“Dünyada koronavirus səbəbindən ölənlərin sayı mövcud rəsmi məlumatlardan iki dəfədən çox ola bilər”.

APA xəbər verir ki, ABŞ-ın Vaşinqton Universitetinin Amerika Sağlamlıq və qiymətləndirmə İnstitutunun alimləri bu qənaətə gəliblər.

İnstitutun saytında dərc edilmiş tədqiqat nəticələrinə görə, dünyada 6.9 milyon insan koronavirusun səbəb olduğu xəstəlikdən ölüb, lakin mövcud hesablamalar, təqribən 3.2 milyon qeyd edilir.

Tədqiqatçılar əvvəlki illərdə ölkələrə üzrə ölümləri koronavirus pandemiyası səbəbindən ölənlərin sayı ilə müqayisə ediblər.

Elm adamları pandemiyanın trafik sıxlığının azalması və ölümlə nəticələnən qəzaların sayəsində insanların xilas olmasına gətirib çıxara biləcəyini də vurğulayıb.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR