ABŞ Konqresi yaxınlığında bomba partladacağını deyən şəxs təslim olub - FOTO - YENİLƏNİB

ABŞ Konqresi yaxınlığında bomba partladacağını deyən şəxs təslim olub - FOTO  - YENİLƏNİB
# 19 avqust 2021 22:40 (UTC +04:00)

ABŞ paytaxtı Vaşinqtonda Konqres kitabxanasının qarşısında avtomobilini saxlayaraq ona quraşdırdığı bombanı partlatmaqla hədələyən şəxs polisə təslim olub.

APA xəbər verir ki, bu barədə “NBC” telekanalı məlumat yayıb.

Bildirilir ki, həmin şəxs avtomaşından düşüb və o saxlanılıb. Polis hələ də avtomobildə partlayıcı qurğu olub-olmadığını bilmir.

Şübhəli şəxsə aid olduğu ehtimal edilən “Facebook” hesabında bir kişi baş verənlərlə bağlı canlı yayım edib. O, ABŞ prezidenti Co Baydeni tənqid edib və “şəhərin hər tərəfinə” bomba yerləşdirdiyini bildirib. O, buna görə canından keçməyə hazır olduğunu da qeyd edib. Daha sonra həmin səhifə bloklanıb.

***

Saat 20:47

ABŞ hüquq-mühafizə orqanları əməkdaşları Konqres Kitabxanasının yaxınlığında avtomobilində bomba olması barədə təhdid edən sürücünün şəxsiyyətini müəyyən edib. Onun əlində partladıcı detonatorun olduğu bildirilir.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kapitoli polisinin nümayəndəsi brifinqdə deyib.

Onun sözlərinə görə, həmin kişi bu gün səhər saatlarında qara rəngli avtomobillə Konqresə gəlib: “Həmin şəxs avtomaşında bomba olduğunu deyib, polis əməkdaşları onun əlində partladıcıya bənzər bir şey görüblər”.

Polis rəsmisi yaxınlıqdakı bəzi binaların boşaldıldığını və Konqres işçilərinin isə tətildə olduğunu bildirib: “Danışıqlar davam edir”.

Şübhəli şəxsin kimliyi müəyyənləşdirilsə də, hadisənin motivləri və bir çox detallar hələlik məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR