Bayden Putinlə görüşündən sonra amerikalı jurnalistləri tənqid edib

Bayden Putinlə görüşündən sonra amerikalı jurnalistləri tənqid edib

© APA | ABŞ Prezidenti Co Bayden

# 17 iyun 2021 08:37 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşü barəsində mənfi rəy formalaşdıran Amerika mətbuatını tənqid edib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu o, Cenevrədə ABŞ-a uçmazdan hava limanında jurnalistlərə deyib: “Mənfiyə köklənmisiniz”.

Bayden qeyd edib ki, ona sual verilməsi cəhdlərini daha çox mənfi şəkildə başa düşür.

“Reportaj hazırlamaq üçün siz neqativə yönəlirsiniz... Heç vaxt pozitiv sual vermirsiniz. Uşaqlar, mən sizi dəli etmək istəmirəm, çünki bilirəm ki, siz mənfi baxışlar əldə etmək istəyirsiniz”, - Bayden belə deyib.

O, görüşlə bağlı gələcək gözləntilərini və ya görüşün təfərrüatlarını mətbuatla bölüşməyəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR