Blinken Stoltenberqlə NATO və Əfqanıstanın Strateji Konsepsiyasını müzakirə edib

Blinken Stoltenberqlə NATO və Əfqanıstanın Strateji Konsepsiyasını müzakirə edib
# 15 sentyabr 2021 23:46 (UTC +04:00)

ABŞ-ın Dövlət katibi Entoni Blinkenlə NATO-nun Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.

Qeyd edilib ki, tərəflər NATO və Əfqanıstandakı vəziyyətlə bağlı yeni strateji konsepsiyanın hazırlanmasını müzakirə ediblər.

"Dövlət katibi Blinken və Baş katib Stoltenber NATO-nun yeni strateji konsepsiyasının daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi apararaq Əfqanıstandakı vəziyyəti, həmçinin, əfqan xalqına kollektiv dəstəyi müzakirə ediblər”, deyə Prays əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR