Braziliyada bir gündə 2 mindən çox insan koronavirusdan ölüb

Braziliyada bir gündə 2 mindən çox insan koronavirusdan ölüb
# 01 iyul 2021 07:37 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 43 836 nəfərin koronavirus infeksiyasına yoluxması, 2081 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 18 557 141 nəfər yoluxub. Bu müddət ərzində 518 066 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 16 858 632 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR