"Facebook", "WhatsApp" və "Instagram"ın fəaliyyəti bərpa olunub - YENİLƏNİB - VİDEO

"Facebook", "WhatsApp" və "Instagram"ın fəaliyyəti bərpa olunub - YENİLƏNİB  - VİDEO
# 05 oktyabr 2021 03:17 (UTC +04:00)

“Facebook” şirkəti genişmiqyaslı kəsilmədən sonra artıq bütün tətbiq və xidmətlərinə girişi bərpa etməyə başlayıb.

APA xəbər verir ki, bu barədə şirkətin “Twitter” səhifəsində bildirilib.

“Bizə güvənən geniş insan icmaları və işadamları üçün: üzr ​​istəyirik. Tətbiqlərimizə və xidmətlərimizə girişi bərpa etmək üçün çox çalışırıq və hazırda yenidən onlayn olduqlarını bildirməkdən məmnunuq. Səbriniz üçün təşəkkür edirik”, - şirkətin paylaşımında belə deyilir.

Qeyd edək ki, artıq Azərbaycanda da “Facebook”, “WhatsApp” və “Instagram”ın fəaliyyəti bərpa olunub.

***

Saat 01:55

İnternet istifadəçiləri “Facebook” və “Instagram”ın fəaliyyətinin bərpa olunduğunu və platformalarda trafikin artdığını bildirirlər.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, Kentik onlayn sorğu xidmətinin məlumatına görə, Qrinviç vaxtı ilə saat 15:39-da (Bakı vaxtı ilə saat 19:39) dayanan “Facebook” xidmətlərinin internet-trafiki 5,5 saatdan sonra yenidən qayıtmağa başlayıb.

İstifadəçilər, bəzi problemlər olsa da, sosial şəbəkəyə girişin bərpa edildiyini bildirirlər.

Qeyd edək ki, “Facebook”, “Instagram” və “WhatsApp”da bütün dünyanı əhatə edən genişmiqyaslı fasilələr yaranıb. “Downdetector” xidmətinin hesablamasına görə, bu, “Facebook”un tarixində ən böyük kəsilmə olub, sosial şəbəkə 6 saata yaxın çox işləməyib. 2019-cu ildə bənzər problem cəmi bir saat ərzində müşahidə edilmişdi.

Bunun fonunda sosial şəbəkənin səhmləri təxminən 5 faiz azalıb və nəticədə təsisçisi Mark Zukerberq təxminən 7 milyard dollar itirib.

Hazırda "Facebook" və “Instagram”ın Azərbaycanda da fəaliyyəti bərpa olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR