Kolumbiyada nümayiş zamanı 2 etirazçı ölüb

Kolumbiyada nümayiş zamanı 2 etirazçı ölüb
# 06 iyun 2021 01:32 (UTC +04:00)

Kolumbiyanın qərbində etiraz aksiyaları zamanı polislə qarşıdıurmada 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

APA yerli “Blu radio”ya istinadən xəbər verir ki, etirazçı qüvvələr şənbə günü axşam saatlarında Vale-del-Kauka departamentinin inzibati mərkəzi olan Kali şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşlarına odlu silahdan və partlayıcıdan istifadə ediblər.

Dörd polis məmuru da daxil olmaqla, 7 nəfərin yaralandığı bildirilir. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, Kolumbiyada aprelin 28-dən etibarən vergi islahatlarına qarşı nümayişlər davam edir. Etiraz aksiyaları paytaxt Boqota, Kali, Medellin və digər şəhərləri əhatə edib. Bu günədək 2.3 mindən çox insan xəsarət alıb, azı 50 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR