AİB və AQTA Azərbaycanda birgə pilot layihə icra edəcək

AİB və AQTA Azərbaycanda birgə pilot layihə icra edəcək
# 22 aprel 2021 11:23 (UTC +04:00)

Blokçeyn texnologiyaları əsaslı həllərin təqdim olunması ilə məşğul olan Şri-Lankanın "Tracified" startapı Azərbaycanda qida məhsullarının blokçeyn vasitəsilə izlənməsini həyata keçirmək üçün Asiya İnkişaf Bankının (AİB) elan etdiyi beynəlxalq tenderin qalibi oldu.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, "Tracified" şirkəti blokçeyn texnologiyalarından istifadə edərək qida məhsullarının əlaqəli izləmə sistemini tətbiq və konfiqurasiya edəcək, məhsulların səmərəli izlənməsi üçün fiziki etiketləmə həlli yaradacaq və yerli məsləhətçilərin köməyi ilə təlimlər keçirərək sistemin miqyasını genişləndirmək üçün məsləhətlər verəcək.

Qeyd edək ki, AİB Azərbaycanda qida, yem, məhsul verən heyvanlar və qida əlavələrini hədəf alan izlənilmə sistemini tətbiq etməyi planlaşdırır. Layihə qida təhlükəsizliyi və izlənilə bilmə sistemlərinin inkişafında blokçeyn kimi müasir texnologiyaların tətbiq olunmasının mümkünlüyünü yoxlayacaq. "Asiya və Sakit Okean regionu üçün Rəqəmsal İnkişaf Mexanizmi – Azərbaycanda qida izlənmə sistemi" adlı regional pilot layihə ölkədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən idarə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR