Azərbaycan buğda idxalını azaldıb

Azərbaycan buğda idxalını azaldıb
# 16 iyul 2020 12:11 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycana 78 389,35 min ABŞ dolları dəyərində 358 565,11 ton buğda idxal edilib.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, Azərbaycanın idxal etdiyi buğdanın dəyəri ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 39,8%, həcmi isə 37,8% azalıb.

Ümumiyyətlə, cari ilin yanvar-iyun aylarında buğdanın yeyinti məhsullarının ümumi ölkə idxalında çəkisi 0,29 faiz bəndi azalaraq  1,57% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR