Azərbaycan bu il Volqoqrad vilayətindən 17 mln. dollarlıq kənd təsərrüfatı məhsulları idxal edib

Azərbaycan bu il Volqoqrad vilayətindən 17 mln. dollarlıq kənd təsərrüfatı məhsulları idxal edib
# 02 sentyabr 2021 16:37 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Rusiyanın Volqoqrad vilayətindən Azərbaycana 16,5 mln. ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulları ixrac edilib.

"APA-Economics" xəbər verir ki, bu barədə regional Kənd Təsərrüfatı Komitəsi məlumat yayıb.

Bildirilir ki, hesabat dövründə bölgənin kənd təsərrüfatı ixracatının ümumi həcmi təqribən iki dəfə artıb. Cari ilin ilk yeddi ayında ixracın dəyəri 145,7 mln. dollar təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 1,9 dəfə çoxdur.

Volqoqrad vilayətinin aqrar sənaye kompleksinin məhsulları 50-dən çox ölkəyə ixrac olunub.

Volqoqrad ərzaq məhsulları daha çox Qazaxıstanda (16,2% və ya 25 mln. dollar), Latviyada (15,8% və ya 24,4 mln. dollar), Azərbaycanda (10,6% və ya 16,5 mln. dollar) və Türkiyədə (8,1% və ya 12,6 mln. dollar) populyardır.

Bölgənin əsas məqsədi yalnız ixracatın həcmini artırmaq deyil, həm də istiqamətləri genişləndirməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR