Azərbaycan və Rusiya fitosanitar dezinfeksiya sahəsində əməkdaşlıq edəcək

Azərbaycan və Rusiya fitosanitar dezinfeksiya sahəsində əməkdaşlıq edəcək
# 01 dekabr 2021 19:00 (UTC +04:00)

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") və Azərbaycanın Aqrar Xidmətlər Agentliyi nəzarətə alınan məhsulların dezinfeksiyası üçün Rusiya Federasiyasında qeydiyyatdan keçmiş dərman vasitələrinin Azərbaycanda qeydiyyata alınması imkanlarını müzakirə ediblər.

"APA-Economics" "Rosselxoznadzor"un yaydığı məlumata istinadən xəbər verir ki, qeyd olunan məsələyə "Rosselxoznadzor"un tabeliyində olan "Respublika Fumiqasiya Dəstəsi"nin rəisi Tahir Astemirovun Azərbaycana səfəri çərçivəsində Qida Təhlükəsizliyi İnstitutunun departament direktoru Fərid Əliyevlə birlikdə müzakirə olunub.

Tərəflər həmçinin, nəzarətə götürülən məhsulların karantin fitosanitar dezinfeksiyası sahəsində əməkdaşlığın məqsəd və perspektivlərini nəzərdən keçiriblər.

Səfər çərçivəsində T. Astəmirov Bakıətrafı qəsəbələrdə meyvə-tərəvəzin emalı, çeşidlənməsi və ixracı müəssisələrinə səfər edib, ixrac üçün nəzərdə tutulan məhsulların fumiqasiya kameralarında dezinfeksiya edilməsi prosesi ilə tanış olub.

Səfərin yekunu üzrə tərəflər arasında bitki karantini və karantin fitosanitar dezinfeksiyası sahəsində qarşılıqlı əməkdaşlığa dair sazişin bağlanması qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR