Azərbaycandan Rusiyaya ixrac edilən 17,2 ton pomidor geri qaytarılıb

Azərbaycandan Rusiyaya ixrac edilən 17,2 ton pomidor geri qaytarılıb
# 23 noyabr 2021 11:30 (UTC +04:00)

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") Azərbaycandan "Viaduk" müvəqqəti saxlanc anbarına daxil olan 17,2 ton pomidora baxış keçirib.

"APA-Economics" "Rosselxoznadzor"a istinadən xəbər verir ki, karantin fitosanitar nəzarəti zamanı karantin obyektinə (Pepino mosaic virus) yoluxan məhsul Rusiya Federasiyasının ərazisinə gətirilməsinə icazə verilməyib.

Mallar ixrac edən ölkəyə qaytarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR