Türkiyə tütün ixracatını ildə 60 min tona çatdırmaq niyyətindədir

Türkiyə tütün ixracatını ildə 60 min tona çatdırmaq niyyətindədir
# 25 avqust 2021 18:00 (UTC +04:00)

Türkiyə tütün ixracatını ildə 60 min tona çatdırmağı planlaşdırır.

APA-Economics”in “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Tütün istehsalı və satışı üzrə Kooperativlər Assosiasiyasının rəhbəri Şeyxmus Solğun məlumat verib.

Onun sözlərinə görə, ötən il Türkiyə 53 min ton tütün ixrac edib.

“Keçən il 46 ölkə Türkiyədən tütün idxal edib. İstehsalçılar bu il 120 min ton tütün yığacağını ümid edirlər. Bu, Türkiyəyə 700 milyon dollar gəlir gətirəcək. Türk tütünü kosmetik məhsullarda istifadə olunur. Ondan yağ alınır. Məhsul kağız fabriklərində və pestisid zavodlarında da istifadə olunur”, - deyə Ş. Solğun qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR