ABŞ-ın Kərkükdəki hərbi bazasına raket zərbələri endirilib

ABŞ-ın Kərkükdəki hərbi bazasına raket zərbələri endirilib
# 13 fevral 2020 23:15 (UTC +04:00)

ABŞ silahlı qüvvələrinin İraqın şimalında yerləşən Kərkük ərazisində istifadə etdiyi “K1” hərbi hava bazası cümə axşamı raket atəşinə tutulub.

APA-nın xəbərinə görə, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

Bildirilib ki, hərbi bazaya iki ədəd “Katyuşa” tipli raket mərmisi atılıb. Hava zərbələrindən dərhal sonra ABŞ-ın döyüş təyyarələri havaya qaldırılıb.

Hər hansı tələfatın olması barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR