Filippində qasırğada 17 nəfər ölüb

Filippində qasırğada 17 nəfər ölüb
# 04 dekabr 2019 11:27 (UTC +04:00)

Filippinin paytaxtı Manilada "Kammuri" qasırğası 17 nəfərin ölümünə səbəb olub.

APA-nın "Bloomberg"-ə istinadən verdiyi xəbərə görə, yarım milyona yaxın insan təxliyə edilib.

Təbii fəlakətin kənd təssərüfatına vurduğu zərərin 15,7 milyon dollar təşkil etdiyi bildirilir.

Manila Beynəlxalq Hava Limanının dörd terminalı da fəaliyyətini dayandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR