İranda sərnişin təyyarəsi enərkən ön şassisi sınıb

İranda sərnişin təyyarəsi enərkən ön şassisi sınıb
# 01 fevral 2020 08:59 (UTC +04:00)

İranın Kirmanşah hava limanında "Iran Air" aviaşirkətinə məxsus "Airbus 319" tipli təyyarə enişini qəzalı vəziyyətdə bitirib.

APA-nın Tehran bürosunun məlumatına götə, Tehrandan uçan təyyarə bu gün səhər yerli vaxtla saat 06:00 radələrində Kirmanşah hava limanına enərkən təyyarənin ön şassisi sınıb. Nəticədə təyyarə zolaqdan çıxıb.

Sərnişinlər təxliyyə olunub, xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR