KİV: Suriyada SEPAH-ın “Qüds” qüvvələrinin əsas komandirlərindən biri öldürülüb

KİV: Suriyada SEPAH-ın “Qüds” qüvvələrinin əsas komandirlərindən biri öldürülüb
# 03 fevral 2020 17:41 (UTC +04:00)

Suriyada İran İslam İnqilabı Keçikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı “Qüds” qüvvələrinin nüfuzlu komandirlərindən biri Əsgər Başabur öldürülüb.

APA-nın xəbərinə görə, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Bildirilib ki, Ə. Başabur Hələb vilayətində öldürülüb.

Onun ölümünün təfərrüatı məlum deyil.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı “Qüds” Qüvvələrinin komandanı general Qasim Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü “Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR