Pakistanın Bəlucistan əyalətinin inzibati mərkəzi Kvetta şəhərində otel parkında baş verən partlayış nəticəsində azı üç nəfər ölüb, 13 nəfər xəsarət alıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Dawn” nəşri xəbər yayıb.
Məlumata görə, iki yaralının vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.