Qırğızıstanda Tacikistanla qarşıdurma nəticəsində 178 nəfər yaralanıb

#
# 10:12
2 may 2021

Qırğızıstan Tacikistanla qarşıdurma nəticəsində 178 nəfər vətəndaşının yaralandığını elan edib.

APA RİA Novosti-yə istinadən bildirir ki, bunu bu gün Respublikanın səhiyyə nazirliyindən bildiriblər.

Məlumata görə, Tacikistanla sərhəddəki qarşıdurmada yaralanan Qırğızıstan vətəndaşlarının sayı 178-ə yüksəlib.

Qeyd edək ki, bundan əvvəl 173 yaralı haqqında məlumat verilmişdi.

Rəsmi məlumatda qarşıdurma zamanı 34 nəfər öldürüldüyü də vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR