Tehranda yaşayış binasında baş vermiş partlayışda 11 nəfər xəsarət alıb - FOTO

Tehranda yaşayış binasında baş vermiş partlayışda 11 nəfər xəsarət alıb - FOTO
# 09 may 2020 11:17 (UTC +04:00)

Tehran şəhərində yaşayış binasında baş vermiş partlayışda 11 nəfər xəsarət alıb.

APA-nın Tehran bürosunun məlumatına görə, hadisə ötən gecə Tehranın Kumeyl xiyabanında dördmərtəbəli binada baş verib. İlkin ehtimala görə, partlayışın qaz sızmasından baş verdiyi bildirilir. Hadisə nəticəsində yaralananlardan 3 nəfərin vəziyyəti ağırdır.

Hazırda faktla bağlı araşdırma aparılır.

Partlayış nəticəsində ətrafda olan binaların şüşələri qırılıb, bir neçə avtomobilə ziyan dəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR