Türkiyədə 5,1 bal gücündə zəlzələ olub

Türkiyədə 5,1 bal gücündə zəlzələ olub
# 21 sentyabr 2020 00:01 (UTC +04:00)

Bu gün Türkiyənin Nigde vilayətinin Bor rayonunda zəlzələ baş verib.

APA-nın yerli bürosunun Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadla verdiyi xəbərə görə, zəlzələnin maqnitudası 5,1, dərinliyi 6,9 km olub.

Yerli vaxtla saat 22.08-də qeydə alınan zəlzələ Aksaray, Mersin, Kayseri ve Konyada da hiss edilib.

Nigdə valisi təkanla əlaqədar hər hansı bir dağıntı və itki haqqında məlumat almadıqlarını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR