Türkiyədə banka basqın olub - YENİLƏNİB

Türkiyədə banka basqın olub - YENİLƏNİB
# 17 dekabr 2019 12:01 (UTC +04:00)

Antalyada banka basqın edən silahlı şəxs təslim olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hazırda onun ifadəsi alınır.

***

Saat 11:48

Türkiyənin Antalya şəhərində silahlı şəxs banklardan birinə basqın edib.

APA-nın yerli bürosunun xəbərinə görə, silahlı şəxs bankın əməkdaşlarını və müştəriləri binadan çıxararaq təhlükəsizlik xidmətinin əməkdaşını girov götürüb.

Silahlı şəxsin zərərsizləşdirilməsi üçün əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR