İsraildə sinaqoqun tribunasının çökməsi nəticəsində 2 nəfər ölüb, 219 nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB-1

#
# 02:39
17 may 2021

İsrailin Qüds yaxınlığındakı Qivat Zeev şəhərində sinaqoqun tribunasının çökməsi nəticəsində xəsarət alanların sayı, təqribən 219 nəfərə çatıb.

APA yerli "Kan" radiosuna istinadən xəbər verir ki, onlardan 15 nəfərin vəziyyəti ağırdır. 

Digər yaralıların yüngül və ya orta dərəcəli xəsarətlər aldığı bildirilib.

***

00:16

İsrailin Qivat Zeev şəhərində sinaqoqun tribunasının çökməsi nəticəsində xəsarət alanların sayı 167-yə çatıb. 

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Təcili yardım xidmətinin əməkdaşı Maqen David Adom bildirib.

Onlardan 152-nin yüngül, 5-nin ağır, 10 nəfərin orta-ağır yaralandığı qeyd olunub.

Həkimlər, iki nəfərin (40 və 12 yaşında ) ölməsi ilə bağlı mətbuatda yayılan məlumatları təsdiqləyiblər. 

***

16 may, saat 21:31

İsrailin Qivat Zeev şəhərində sinaqoqun tribunasının çökməsi nəticəsində çox sayda adam xəsarət alıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Təcili yardım xidmətinin əməkdaşı Maqen David Adom bildirib.

Həkimlər hadisə nəticəsində xəsarət alan 60 nəfərə yardım göstərib. On nəfərin vəziyyətinin ağır olduğu qeyd olunub. Onlardan 1 nəfəri vəfat edib. Ölüm sayının artacağı istisna edilmir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR