Qəzzadakı vəziyyətlə bağlı BMT Baş Assambleyasının iclası keçiriləcək

Qəzzadakı vəziyyətlə bağlı BMT Baş Assambleyasının iclası keçiriləcək
# 17 may 2021 18:39 (UTC +04:00)

Qəzza ətrafında yaranan vəziyyətlə bağlı BMT Baş Assambleyasının iclası keçiriləcək.

APA-nın xəbərinə görə, bu barədə BMT Baş Assambleyasının Prezidenti, 75-ci Sessiyasının Sədri Volkan Bozkır "Twitter"də bildirib.

“İşğal olunmuş Fələstin bölgəsindəki pisləşməkdə olan vəziyyəti müzakirə etmək üçün “Orta Şərqdə vəziyyət” və “Fələstin məsələsi” gündəm maddələri altında BMT Baş Assamleyasının iclasının keçirilməsi ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) BMT-dəki təmsilçiliyinin sədri olan Nigeriyanın BMT-dəki Nümayəndəliyindən və Ərəbdilli ölkələr Qrupunun BMT-dəki nümayəndəliyinə sədrlik edən Əlcəzair missiyasından rəsmi məktub aldım. Bu tələbə uyğun olaraq mayın 20-də BMT Baş Assambleyasının rəsmi plenar iclasını çağıracağam”, - deyə Volkan Bozkır qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR