Türkiyədə bu gün 223 nəfər COVID-19-dan həyatını itirib

Türkiyədə bu gün 223 nəfər COVID-19-dan həyatını itirib
# 17 may 2021 23:21 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 223 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 206 min 836 nəfər test edilib, onların 10 min 174-nün koronavirus testi pozitiv nəticə verib, 13 min 864 nəfər sağalıb, 2 min 326 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 44 min 983 nəfər ölüb.   

Türkiyədə indiyədək 5 miyon 127 min 548 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 4 milyon 961 min 120 nəfəri müalicə  olunaraq evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR