İranın dini liderlərindən biri ölkənin sabiq prezidentlərini Mahmud Əhmədinejada qarşı birləşməyə çağırıb

İranın dini liderlərindən biri ölkənin sabiq prezidentlərini Mahmud Əhmədinejada qarşı birləşməyə çağırıb
# 27 avqust 2008 10:57 (UTC +04:00)
Tehran-APA. İranın nüfuzlu dini liderlərindən Bayat Sandşani İran prezidenti Mahmud Əhmədinejadı sərt şəkildə tənqid edib. APA-nın məlumatına görə, Qum şəhərinin nüfuzlu təmsilçisi “Financial Times Deutschland”a verdiyi eksklüziv açıqlamada bildirib ki, Mahmud Əhmədinejad xalqın iradəsi ilə hesablaşmır və ölkə üçün böyük təhlükə kəsb edir. Bayat Sandşani prezidenti insan haqlarını kobud şəkildə pozmaqda, onların azadlığın məhdudlaşdırmaqda, İran İslam İnqilabı Mühafizəçiləri Korpusunun səlahiyyətlərini qanunsuz olaraq artırmaqda ittiham edib. İranın liberal islahatçı siyasətçilərinə, o cümlədən sabiq prezidentlər Əli Əkbər Haşimi Rəfsəncani və Məhəmməd Hatəmiyə müraciət edən dini lider onları 2009-cu il prezident seçkilərində Əhmədinejada qalib gəlmək üçün birləşməyə çağırıb. Xatırladaq ki, İranın ali dini lideri Seyid Əli Xamneyi prezident seçkilərində Mahmud Əhmədinejadın namizədliyini müdafiə edəcəyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR