Avropa İttifaqı Kabildə nümayəndəlik açacaq

Avropa İttifaqı Kabildə nümayəndəlik açacaq
# 07 dekabr 2021 15:50 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) yaxın həftələrdə Kabildə nümayəndəlik açacaq.

APA-nın xəbərinə görə, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Xidmətinin sözçüsü Nabila Massrali keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu qərar Taliban hərəkatının tanınması anlamına gəlməməlidir.

“Biz Avropa İttifaqının Kabildə minimal mövcudluğunu təmin etmək istəyirik. Bu aylar yox, həftələr tələb edir. Və bu bizim Talibanı tanımağımız anlamına gəlməli deyil”, - Aİ rəsmisi qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR