Çinin şimal-qərbində 5,1 bal gücündə zəlzələ baş verib

Çinin şimal-qərbində 5,1 bal gücündə zəlzələ baş verib
# 04 sentyabr 2021 07:14 (UTC +04:00)

Çinin şimal-qərbində yerləşən Sincan Uyğur muxtar bölgəsində şənbə günü 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Çin Seysmoloji Mərkəzi məlumat yayıb.

Təkanlar Pakistanla sərhəd yaxınlığında yerləşən Hotan rayonunda da hiss olunub. Zəlzələnin episentri Pişan mahalının ərazisində (Uyğur Qumada) 7 km dərinlikdə yerləşib.

2,5 milyondan çox insanın yaşadığı Hotanda xəsarət və ya dağıntı barədə heç bir məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR