Əfqanıstanda 4500 Türkiyə vətəndaşı var

Mövlud Çavuşoğlu

© APA | Mövlud Çavuşoğlu

# 24 avqust 2021 13:38 (UTC +04:00)

“Taliban” hərəkatının paytaxt Kabildə hakimiyyəti ələ keçirməsindən sonra Türkiyə Əfqanıstandan 1404 nəfəri təxliyə edib.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu uruqvaylı həmkarı ilə birgə mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, Əfqanıstandan təxliyə edilən 1404 nəfərdən 1061-i Türkiyə vətəndaşıdır.

O, hələ də Əfqanıstanda 4500 civarında Türkiyə vətəndaşının qaldığını deyib.

M. Çavuşoğlu Əfqanıstan qaçqınları üçün Türkiyədə “Köç mərkəzi”nin yaradılması barədə iddiaların da yalan olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR